Modern.az

Metroda təlaş yaşanıb

Metroda təlaş yaşanıb

29 Mart 2013, 10:26

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Modern.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə yeni gətirilən qatar 15 dəqiqə stansiyalararası tuneldə hərəkətsiz qalıb. Qatarda nasazlıq yarandığından sərnişinlər arasında narahatçılıq yaranıb. Qatarların qapılarının açılmaması isə sərnişinlər arasında təlaşa səbəb olub. Müəyyən müdaxilələrdən sonra sərnişinlər “İnşaatçılar” stansiyasında qatarı tərk etməli olublar. Metrostansiyaya gətirilən yeni qatar təmir üçün depoya gedib.

Artıq yarım saata yaxın stansiyada gözləyən sərnişinlər növbəti qatarı gözləməli olublar.

***

Sərnişinlər köməkçi qatarlara yerləşdirilsələr də mertonun "Elmlər Akademiyası" stansiyasında analoji problemlə üzləşiblər. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Metropoliten rəhbərliyindən isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Gültəkin Ələsgər  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu