Modern.az

MİQ üzrə əlavə vakansiya seçimi başa çatır

MİQ üzrə əlavə vakansiya seçimi başa çatır

Təhsil

26 Avqust 2022, 10:44

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi yekunlaşır.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, vakansiya seçimi proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada təşkil olunub. Namizədlər avqustun 26-sı saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

 

Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

 

Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu