Modern.az

İşə qəbul üçün hazır ol!

İşə qəbul üçün hazır ol!

29 Mart 2013, 15:55

İş seçimini düzgün etmək və daha sonra iş həyatında müvəffəqiyyətli olmaq hər bir gəncin arzusudur. Xüsusilə region gəncləri bu imkandan məhrumdur. Ən böyük səbəbi isə onların işə qəbul üçün hazırlıq mərhələsinin, eləcə də  uğurlu karyeranın sirlərini bilməmələridir.

Avrasiya Əməkdaşlıq Fondunun region gənclərinə həsr etdiyi proqramlar sayəsində bir çox gənc artıq özünə inam qazanmış və fəal ictimai həyata qoşulmuşdur. Lakin öz əməyinin bəhrəsini artırmaq və davamlı olacaq töhfələrin sayını artırmaq məqsədilə AƏF bu gənclərə işə qəbulun və güclü karyera qurmağın əsaslarını da öyrətmək təşəbbüsünü göstərmək istədi. Yerli Təşəbbüslərə dəstək üçün Kanada Fondunun maliyyə dəstəyilə Novxanı Olimpik mehmanxanasında 24-27 mart 2013 tarixlərində keçirilən 3 günlük təlimdə Azərbaycanın müxtəlif regionlarından seçilmiş 37 gəncə Tərcümeyi-hal və Müşayiət Məktubunun düzgün yazılması, Əmək Müqaviləsinin vacibliyi və Əmək Məcəlləsindən mühüm məqamlar göstərildi. Xüsusən son illərdə əmək müqaviləsinin imzalanmaması aktual hal və müzakirə mövzusuna çevrilmişdir. Əmək müqaviləsi sahəsində müstəqil ekspert Aygün Eyvazova iştirakçılara işə qəbul olunduğu təqdirdə müqavilənin imzalanmasının əhəmiyyətini, ən çox buraxılan səhvləri və tərəflərin öhdəliklərini başa saldı. Təlimdə həm?inin, ölkə daxilində fəaliyyət göstərən, AƏF-in əməkdaşlıq şəbəkəsinin üzvlərindən olan və eləcə də iştirakçıların bilik və bacarıqlarına uyğun seçilmiş bəzi biznes və təşkilatların mini-sərgisi də ke?irildi. Bank of Baku-nun İnsan Resursları Departamentinin təlim/inkişaf üzrə aparıcı eksperti, kliniki psixoloq Lətifə Civazadə Bank of Baku-da yeni işə qəbul edilmiş əməkdaşlar və təcrübəçilər üçün adaptasiya proqramından bəhs etdi. BMT İnkişaf Proqramında məşğuliyyət sahəsində Proqram Meneceri olan İlahə Rasulova isə idarə etdiyi İnnovasiya və Məşğulluğun İnkişafı Proqramı haqqında məlumat verdi. 

AƏF-in qurduğu Mingəçevir Gənclər Fondunun koordinatoru, təlimin iştirakçısı Elvin Cabbarzadənin də ifadə etdiyi kimi “İş axtarışında müvəfəqiyyətli olmağım üçün ?oxlu potensial məlumat əldə etdim.” İştirakçılar nəinki texniki məlumatlar, onlar həmçinin iş prosesində stresslə mübarizə aparmağın da yollarını öyrəndilər. Qeyd edək ki, iştirakçıların əksəriyyəti hal hazırda iş axtarışındadır. İştirakçılardan AƏF-in Ağcabədidəki Gənclər Fondunun könüllü üzvü Xanım Kərimovanın bildirdiyi kimi “Təlim tam yerinə düşdü. Özümə inamımı artırdı. Üstəlik qarşıda məni müsahibə gözləyir.” Gənclərin müxtəlif regionlardan seçilməsi isə iştirakçılara yeni fərqli şəbəkə yaratmağa imkan yaratdı. Xanımın sözləri ilə desək “Burda dəyişik xarakterli insanlar gördüm, yeni düşüncələrlə tanış oldum. Bu, nöqteyi-nəzərimin daha geniş olmasına və münasibətlərdə təcrübəmin artmasına səbəb oldu.”





F.Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza