Modern.az

Müəllimlərin sertifikasiyası ləğv edilir? - Rəsmi açıqlama

Müəllimlərin sertifikasiyası ləğv edilir? - Rəsmi açıqlama

Təhsil

26 Avqust 2022, 13:17

Sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılır.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Modern.az-a bildirib ki, paylaşılan dezinformasiya xarakterli məlumatlar həqiqəti əks etdirmir.

 

"Vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik. Xatırladaq ki, 30 avqustdan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə start veriləcək. Sertifikatlaşdırma prosesinə cəlb olunmuş müəllimlər şəxsi kabinetlərinə göndərilmiş vaxtda imtahan mərkəzinə yaxınlaşmalıdır" - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu