Modern.az

Rəsmi Moskvadan Qarabağa dair yeni MESAJ: "Əlimizdən gələni edəcəyik"

Rəsmi Moskvadan Qarabağa dair yeni  MESAJ: "Əlimizdən gələni edəcəyik"

30 Mart 2013, 00:47

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Moskvada baş tutan görüşdən sonra mətbuatda açıqlamasında Sergey Lavrov Rusiyanın Dağlıq Qarabağ probleminin həllinə çalışdığını deyib.

"Görüşdə biz Dağlıq Qarabağ problemi başda olmaq digər məsələləri də müzakirə etdik.  Rusiya və Ukrayna bu problemlərin həlli proseslərinin zəmanətçisidir. Biz bundan sonra da əlimizdən gəldiyi qədər səylərimizi davam edəcəyik”-deyə S.Lavrov qeyd edib.

Ukrayna xarici işlər naziri isə bildirib ki, ATƏT dondurulmuş münaqişələrin həllinə dair səyləri bundan sonra da davam etdirəcək. Leonid Kojara münaqişələrin həlli üçün görülən işlərdə Rusiyanın əvəzsiz xidmətə malik olduğunu vurğulayaraq rəsmi Moskvaya təşəkkürünü bildirib.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu