Modern.az

Bakının mərkəzindəki yanğınla bağlı - Rəsmi Məlumat

Bakının mərkəzindəki yanğınla bağlı -  Rəsmi Məlumat

30 Mart 2013, 11:05

Fövqəladə Hallar Nazirliyi dünən paytaxtda baş verən güclü yanğınla bağlı rəsmi məlumat açıqlayıb. Modern.az-ın məlumatına əsasə, nazirliyinin yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonunda “AMİN” MTK tərəfindən tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış  binasının 6-cı mərtəbəsində taxta qəliblər 2000 kv.m sahədə, yaxınlıqda olan üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 150 kv.m olan altıotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 2-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin mətbəxinin tavanı 12 kv.m sahədə, habelə vətəndaşa məxsus “Ford” markalı yük avtomobilinin qabaq və salon hissələri, digər vətəndaşa məxsus “Skoda”  markalı minik avtomobilinin yanar hissələri yanıb.

Üçmərtəbəli yaşayış binasının qalan hissəsi, bitişik yaşayış evləri və yaxınlıqda olan bazar yanğından mühafizə olunub. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, yanğının söndürülməsinə kömək ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu