Modern.az

Nazirlik boyu 165 sm-dən yuxarı kişi və 160 sm-dən yuxarı qadınlar axtarır

Nazirlik boyu 165 sm-dən yuxarı kişi və 160 sm-dən yuxarı qadınlar axtarır

30 Mart 2013, 12:54


Daxili İşlər Nazirliyi respublikanın rayon polis orqanlarında əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, subay, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən ölkə vətəndaşları, boyu 165 sm-dən yuxarı kişi və 160 sm-dən yuxarı olan qadınlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü il aprel ayının 1-dən may ayının 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə ərazi polis idarə və şöbələrinə mürajiət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:  
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplomun əsli;
- hərbi bilet  ;
əmək kitabçası;
Əlavə məlumat almaq üçün (012)590-92-21, (012)590-91-47,  (012)590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət olunmalıdır.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu