Modern.az

Daxili İşlər Nazirliyində soyqırımı qurbanları anılıb

Daxili İşlər Nazirliyində soyqırımı qurbanları anılıb

Təhsil

30 Mart 2013, 15:33



Martın 30-da Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi keçirilib.  

Tədbiri giriş sözü ilə açan DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev erməni millətçilərinin iki əsr öncə azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin XXI əsrin əvvəllərinədək davam etdiyini, bu mənfur siyasət nəticəsində on minlərlə insanın həyatına son qoyulduğunu, soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə bildirib.   Soyqırımın bu illər ərzində erməni şovinizminin əsas aparıcı xəttinə çevrildiyini xatırladan idarə rəisi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtdıqdan sonra həmin cinayətkar fəaliyyətə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verdiyini, onun tarixi ədaləti bərpa edərək 1998-ci ilin martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı günü elan edildiyini vurğulayıb. Qeyd olunub ki, məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir . Polis polkovniki Rahib Qarayevin təklifi ilə mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov faktlara, arxiv mənbələrinə əsaslanaraq, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçiləri və silahlı birləşmələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, amansız və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış edib.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu