Türkiyənin Mülki Aviasiya Baş İradəsi Ermənistanla hava uçuşlarını dayandırır. Modern.az-ın məlumatına görə, bu barədə “News.am” xarici mənbələrə istinadən xəbər yayıb. Bildirilib ki, rəsmi Ankaranın göstərişi ilə İrəvan-İstanbul istiqamətində təyyarə reysləri aprel ayından etibarən dayandırılacaq.
Məsələ ilə bağlı Türkiyə tərəfi münasibət açıqlamayıb.
Qeyd edək ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi ötən gün açıqlama yayaraq İrəvan-Van təyyarə səfərlərinin aprelin 3-dən təxirə salındığını bildirib.
Modern.az