Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışlarına start verilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, yarışın ilk günündə cüdoçumuz erməni idmançı iə qarşılaşıb.
66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Nicat Şıxəlizadə yarışın 1/8 final mərhələsində erməni rəqibi Armen Nazaryanu məğlub edib.
İdmançımız 1/4 final mərhələsində qazaxıstanlı Sergey Limlə qarşılaşacaq.
Modern.az