Modern.az

İxtisas seçiminin nəticələri bu tarixdə AÇIQLANACAQ

İxtisas seçiminin nəticələri bu tarixdə AÇIQLANACAQ

31 Avqust 2022, 10:08

"Abituriyentlərin ixtisas seçimi ilə bağlı ərizələri emal olunur. Nəticələr yaxın vaxtda açıqlanacaq". 

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

 

Bildirilib ki, seçim prosesi avqustun 29-u başa çatıb və bu həftə ərzində nəticələrin elan edilməsi gözlənilir: "Dəqiq tarix söyləmək çətindir. Adətən ixtisas seçiminin nəticələri 4-5 gün sonra elan olunur".

 

Qeyd edək ki, ali təhsil müəssisəslərinə ixtisas seçiminə avqustun 29-u saat 09:00-da yekun vurulub. Ümumilikdə 66744 ərizə təqdim edilib. I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə isə 10527 nəfər ixtisas seçimi ərizəsi təsdiqlənib.

 

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI