Modern.az

Atalarının tələbə olmaq arzusunu çin edən şəhid övladları - FOTOLAR

Atalarının tələbə olmaq arzusunu çin edən şəhid övladları - FOTOLAR

Təhsil

3 Sentyabr 2022, 15:55

Avqustun 31-də ali məktəblərə qəbulun nəticələri açıqlandı. Minlərlə abituriyent imtahandan uğurla keçərək, universitetlərə qəbul oldular. Tələbə olmaq arzusuna çatanlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin övladları da var. 

 

Modern.az bu il ali məktəblərə qəbul olmuş şəhid övladları ilə bağlı məlumatları təqdim edir.

 

Əzizə Həmidova - Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı

 

Ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edən Əzizə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

 

Qeyd edək ki, Əzizə Həmidova bu il Qubadlı rayonu Xıdırlı kənd tam orta məktəbindən məzun olub.

 

Amin Abdullayev - Şəhid mayor Aqşin Abdullayevin oğlu 

 

Amin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

 

Ləman Bayramzadə - Şəhid mayor İqbal Bayramovun qızı 

 

Ləman Azərbaycan Dövlət Aqrar Universitetinin Kompüter mühəndisliyi ixtisasında təhsilini davam etdirəcək.

 

Hüseyn Cəfərli - Şəhid baş leytenant Mətləb Cəfərovun oğlu 

 

Hüseyn ali məktəblərə qəbul imtahanında 610,60 bal toplayaraq ADA Universitetinin İnformasiya texnologiyaları ixtisasına qəbul olub.

 

Tamara Quliyeva - Şəhid baş leytenant Əvdil Quliyevin qızı 

 

Tamara Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi (rəqəmsal ekspertiza üzrə) ixtisası üzrə təhsil alacaq.

 

Ruslan Orucov - Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu 

 

Ruslan Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olunub.

 

Ümid Şükürlü - Şəhid mayor Anar Şükürovun oğlu

 

Ümid Xəzər Universitetinin İnşaat mühəndisliyi fakültəsində təhsil alacaq.

 

Yelmar Əhmədli - Şəhid Yasən Əhmədovun oğlu

 

Yelmar Mingəçevir Dövlət Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olub.

 

Anar Səfərov - Şəhid baş leytenant Hikmət Səfərovun oğlu

 

Anar Azərbaycan Texniki Universitetinin Optotexnika ixtisasını seçib.

 

Əli Abbasov - Şəhid İntiqam Abbasovun oğlu

 

Əli Bakı Dövlət Universitetində Maliyyə ixtisası üzrə təhsilini davam etdirəcək.

 

Abbas İsgəndərli - Şəhid Əlizamin İsgəndərovun oğlu 

 

Abbas Xəzər Universitetində ali təhsil alacaq.

 

Nihad Tağızadə - Şəhid gizir Rahim Tağıyevin oğlu

 

Nihad Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub.

 

Zəhra Əsgərova - Şəhid pilot polkovnik-leytenant Fəxrəddin Əsgərovun qızı

 

Ali məktəblərə qəbul imtahanında 637.80 bal toplayaraq uğurlu nəticə əldə edən Zəhra ADA Universitetinin Kompüter mühəndisliyi ixtisasını seçib.

 

Modern.az kollektivi adından ali məktəblərə qəbul olmuş bütün şəhid övladlarını təbrik edir, onlara təhsil həyatlarında böyük uğurlar arzulayırıq! 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza