Modern.az

Postpandemiya dövründə təhsilimizin aqibəti necə olacaq?

Postpandemiya dövründə təhsilimizin aqibəti necə olacaq?

Təhsil

7 Sentyabr 2022, 11:15

COVID pandemiyası bütün sahələrə olduğu kimi təhsilə də təsirsiz ötüşmədi. Onlayn təhsilin fəsadlarını sadalasaq da bitməz. İstər müəllimlərin, istərsə də təhsilalanların olduqca çətinlik çəkdiləri göz qabağında idi. Saatlara telefon şüasının qarşısında olanların bəzilərinin gözlərində görmə zəifliyinin yaranması,  internet problemi olanların dərslərə qatıla bilməməsi və.s kimi bir çox problemlərin olduğu danılmazdır. Artıq yeni tədris ilində bu kimi problemlər aradan qalxır. Müəllimlər, şagirdlər və tələbələr yeni, ənənəvi tədris ilinə hazırlaşır.

 

Amma görünən odur ki, pandemiyanın fəsadlarından xilas olmaq zaman alacaq.

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, təhsil ictimaiyyətinin təhsildən gözləntiləri pozitivdir.

 

Ekspert deyib ki, bütövlükdə təhsilə cavabdeh olan şəxslər Elm və Təhsil Nazirliyi, yeni yaradılan regional təhsil idarələri, rayon təhsil sektorları, məktəb rəhbərləri, eyni zamanda məktəblərin pedaqoji və texiniki heyətinin hər birinin təhsillə bağlı gözləntiləri var:

 

“Düşünürəm ki, təhsilə cavabdeh şəxslər, təhsilin bütün subyektləri - həmçinin təhsilin ayrılmaz subyektlərindən olan hər kəs - valideynlər, təhsilverənlər, təhsilalanlar dövlətimizin gələcəyi naminə öz üzərinə düşən məsuliyyəti dərk edib, birlikdə bu istiqamət üzərində çalışacaqlar. Xalqımız bir ildən sonra yeni tədris ilinin uğurları ilə fəxr edə biləcək. Azərbaycanda olimpiada hərəkatının son illərdə geniş vüsat almasından irəli gələrək söyləyə bilərəm ki, olimpiadalarda, beynəlxalq təhsil yarışmalarında, müsabiqələrdə bizim şagirdlərimiz uğurlu nəticələr əldə edəcəklər, medalların sayı artacaq. Növbəti il məzunlar üçün də uğurlu olacaq”.

 

İ. Orucov onu da qeyd edib ki, pandemiya iki ilə yaxın müddətdə Azərbaycan təhsilinə böyük zərbə vurub və biz bu gün də pandemiyanın böyük fəsadlarını  hiss edirik:

 

“Şagirdlərin məktəbdən və müəllimlərdən ayrı düşməsi bu fəsadları bir qədər də dərinləşdirib. Azərbaycanda və digər ölkələrdə pandemiyanın fəsadları aradan qalxmaqdadır. Artıq insanlar ənənəvi təhsilə davam edirlər. Yeni tədris ilində pandemiyanın təsiri geridə qalacaq. İnsanlar bütün sahələr olduğu kimi təhsil sahəsində də pandemiyanın yaratdığı çətinlikləri geridə qoya biləcəklər.

 

Həmçinin ali təhsil müəssisələrimizin rəqabət qabiliyyətinin artırılması ilə bağlı dövlətimizin gördüyü işlərin nəticələrinin daha da dərinləşdiyinə ümid edirəm. Hesab edirəm ki, ali təhsil müəssisələrimiz yeniliklərə açıq olacaq. Əmək bazarının tələblərindən irəli gələrək daha yaxşı, keyfiyyətli təhsil verə biləcəklər. Azərbaycanda dərinləşən, uğurla həyata keçirilən təhsil islahatlarının, təhsillə bağlı qəbul olunan qərarların, proqramların, strategiyaların uğurlu nəticələrini biz bu il tədris ilində görə biləcəyik”.

 

Ekspert peşə təhsili ilə bağlı da Azərbaycanda yeni üfiqlərin açıldını, orta ixtisas təhsil müəssisələri ilə bağlı yeni qərarların olduğunu söyləyib:

 

“Ümumilikdə, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin məzmununun yenilənməsi ilə bağlı işlərə böyük ümid bəsləyirəm. Əlbəttə ki, qarşıda xeyli yeni görülməsi vacib olan planlar var və biz bu işləri uğurla başa çatdıra biləcəyik. Azərbaycan xalqı qalib xalq olaraq bütün sahələrdə daha böyük uğurlara layiqdir. Keçən il cənab Prezidentin müvafiq fərmanı ilə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin balansına verildi və bu istiqamətdə böyük işlər görülməkdədir”.

 

İ. Orucov məktəbəqədər təhsilin inkişafı ilə bağlı Azərbaycanda böyük işlərin olduğunu söyləyib:

 

“Hesab edirəm ki, elmi tədqiqat müəssilərinin bir çoxunun Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi, elmimizə yeni nəfəs gətirəcək, elmi tədqiqatlarımızın səmərəliliyini artıracaq, elmi tədqiqatlarımızın məhz ölkəmizin strateji maraqları baxımından elmi tədqiqat  işlərinin əsasını qoya biləcəyik. Xalqımızın potensialına ümid bəsləyirəm ki, ölkəmizim dayanaqlı inkişafının təhsil üzərindən işləri görə biləcəyik”.

 

Günay İbrahimova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza