Modern.az

Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb

Bakıda 8 bağçanın fəaliyyəti dayandırılıb

Təhsil

7 Sentyabr 2022, 11:30

Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub.

 

Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, son bir ayda Bakıda 5122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib: "Bir il ərzində uşaqların təlim- tərbiyəsi ilə 4299 müəllim məşğul olur".

 

M.Vəliyeva, həmçinin qeyd edib ki, idarənin tabeliyinə 348 bağça keçib:

 

"Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Bağçalardan 264-ü körpələr evidir. 18 bağçada cari təmir işləri başa çatdırılıb, 4 bağça əsaslı təmir olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi