Modern.az

Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən çıxarılacaq

Sertifikasiyadan keçə bilməyən müəllimlər işdən çıxarılacaq

Təhsil

7 Sentyabr 2022, 13:44

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

 

Nazir bildirib ki, tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır.

 

"Artıq müsahibə komissiyaları yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin", - E.Əmrullayev vurğulayıb.

 

Nazir, həmçinin qeyd edib ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il sertifikasiya imtahanı keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı