Modern.az

Ali məktəblərin boş qalan yerlərinə qəbul başa çatdı

Ali məktəblərin boş qalan yerlərinə qəbul başa çatdı

Təhsil

8 Sentyabr 2022, 10:48

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə sənəd qəbulu başa çatıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə13853 abituriyent ərizəsini təsdiq edib.

 

I ixtisas qrupu üzrə 417 (Azərbaycan bölməsi 410, rus bölməsi 7), II ixtisas qrupu üzrə 780 (Azərbaycan bölməsi 772, rus bölməsi 8), III ixtisas qrupu üzrə 121 (Azərbaycan bölməsi 107, rus bölməsi 14); IV ixtisas qrupu üzrə 47 (Azərbaycan bölməsi 46, rus bölməsi 1), V ixtisas qrupu üzrə 6 (Azərbaycan bölməsi 2, rus bölməsi 4), kolleclərə 12635 (Azərbaycan bölməsi 12119, rus bölməsi 516) nəfər sənəd verib.

 

Qeyd edək ki,ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə sənəd qəbulu sentyabrın 2-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 09:00-a qədər uzadılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza