Modern.az

Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Təhsil

8 Sentyabr 2022, 14:50

Azərbaycanda məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır. 

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, vakant yerlər dərs saatları daha az olan və ucqar rayonlarda yerləşən məktəblərdədir:


"Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi