"Könül istəyər ki, qiymətlər daha ucuz olsun və tələbələr daha ucuz qiymətə təhsil ala bilsinlər".
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O deyib ki, bəzən ölkədə ali təhsil almağın baha başa gəldiyi, yaxud təhsil haqlarının yüksək olduğu deyilir, məbləği azaltmağın zəruri olduğunu söyləyirlər:
"Amma ucuz qiymətə daha yaxşı təhsil almaq kifayət qədər çətin məsələdir. Çünki təhsil bahalıdır və ciddi maliyyə təminatı olmalıdır".