Ermənistanda səfərdə olan Almaniyanın Berqştrass Torpağının qubernatoru Matias Vilkes və Ermənistanın Hessendəki fəxri səfiri Brayan Stiven Fera bu gün Dağlıq Qarabağa səfər edəcəklər. Modern.az bildirir ki, bu barədə Ermənistan parlamentinin rəsmi açıqlamasında məlumat verilib. Bu səfər barədə məlumatı alman qubernatoru Ermənistan parlamentinin sədri Ovik Abramayanla görüş zamanı bəyan edib.
Görüş zamanı Matias Vilkes bildirib ki, onlar “Dağlıq Qarabağda yerli hakimiyyət orqanları ilə görüşəcək və vəziyyətlə yaxından tanış olacaqlar”.
Qeyd edək ki, belə rəsmi səfərlər Bakı tərəfindən kəskin qarşılanır. Azərbaycanın işğal altında olan torpaqlarına Almaniya rəsmisinin belə səfəri iki ölkə arasında olan münasibətlərdə problemlər yaradacaq.
Aytən Əliyeva