Modern.az

10 mindən çox tələbə kredit üçün müraciət edib

10 mindən çox tələbə kredit üçün müraciət edib

Təhsil

9 Sentyabr 2022, 11:15

Təhsil tələbə krediti üzrə ümumi müraciətlərin sayı 10 597-dir.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, baxılan müraciətlərin sayı 7962-dir: "2635 nəfər natamam müraciət edib. Tələbə sisteminə daxil olmuş, amma əməlliyyat aparmamış 2008 nəfər müəyyən edilib. Bu müddətdə 1147 tələbənin müraciətinə imtina cavabı verilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi