Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir.
Modern.az-ın məlumatına görə bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, təhsilin ən aparıcı elementi müəllimlərdir:
"Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir. Biz müəllimlərin yanındayıq. Bu yolda biz mərhələlərlə Azərbaycan gələcəyinin daha bacarıqlı, hazırlıqlı olmasını görəcəyik".