Modern.az

Azərbaycandakı kolleclərdə oxuyan əcnəbi tələbələrin SAYI

Azərbaycandakı kolleclərdə oxuyan əcnəbi tələbələrin SAYI

Təhsil

9 Sentyabr 2022, 16:10

Azərbaycanın orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) 130 əcnəbi təhsil alır.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda bildirib.

 

Nazirlik rəsmisi qeyd edib ki, 2021-2022-ci tədris ilində ali təhsil alan əcnəbilərin sayı 7400-ə yaxın olub.

 

Onun sözlərinə görə, əcnəbi tələbələrin əksəriyyətini Türkiyə, Gürcüstan, Rusiya, İran və İraqdan gələnlər təşkil edir:

 

"Əcnəbi tələbələrin ən çox təhsil aldıqları müəssisələr Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetidir".

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza