“Hara gediriksə, elə deyirlər tapılacaq, ancaq 3 sutkadır oğlum haqqında heç bir məlumat yoxdur”. Bunu Modern.az-a açıqlamasında aprelin 1-də Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada iştirak edib və az sonra yoxa çıxan Bəxtiyar Qurbanovun atası Yaşar Qurbanov deyib. Yox çıxan dindarın atası bildirib ki, hansı dövlət qurumuna gedirsə, oğlu haqqında məlumat vermirlər.
“Sabunçu rayon 13-cü Polis Bölməsinə yazılı surətdə ərizə ilə müraciət etmişəm, itən günüdən şəkilini vermişəm. Həmin gün gecə oğlumun telefonuna zəng çatmadı, onun haqqında məlumat olmadı. Onunla birgə yoxa çıxan Röyal Əsgərovun evinə də getdim. Orada dedilər ki, onların da övladları evə gəlməyib. Heç bir məlumat vermirlər. İnsan hüquqları komissiyasına müraciət etmək istəyirəm. MTN və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də getmişəm, heç bir məlumat vermirlər”.