Modern.az

Aprelin 21-də olacaq sınaq imtahanına da yazılış başlayıb

Aprelin 21-də olacaq sınaq imtahanına da yazılış başlayıb

4 Aprel 2013, 13:24

“Aprelin 14-ə olacaq sınaq imtahanına artıq 15 min 600 nəfər yazılıb”. Bu sözləri Modern.az saytına açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki, bu təkrar imtahan olduğu üçün burada yer məhdudiyyəti yoxdur. “Buna baxmayaraq bu rəqəmin özü də yaxşı göstəricidir”.

E. Nağızadə eyni zamanda artıq aprelin 21-ə keçiriləcək növbəti sınaq imtahanına yazılışın başlanıldığını və bu dəqiqəyə qədər artıq 3 mindən çox yazılışın olduğunu vurğulayıb.
“Keçən dəfə yerlərin tam dolmasını nəzərə alaraq biz bu dəfə Bakı şəhəri üzrə 3 minə yaxın yer əlavə etmişik”.  

Aytən Əliyeva
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu