Modern.az

“Qafqazın 17 bölgəsi İrana birləşmək istəyir” – Növbəti TƏXRİBAT

“Qafqazın 17 bölgəsi İrana birləşmək istəyir” – Növbəti TƏXRİBAT

4 Aprel 2013, 14:27

İran Milli Məclisinin təhlükəsizlik komissiyasının üzvü Mansur Həqiqətpur Fars Xəbər Agentliyinə müsahibə verib. Modern.az xəbər verir ki, M. Həqiqətpur öz müsahibəsində bildirib ki, Qafqazın 17 bölgəsi ,o cümlədən Azərbaycan şəhərləri Qacarlar dövründə İrandan ayrılıb və ordaklı sakinlər İrana birləşmək istəyindədirlər”.

İranlı deputat əlavə edib: “Ümidvarıq ki, insanların həmrəyliyi və beynəlxalq qüvvələrin dəstəyi ilə bu iş həyata keçəcək.”.

M. Həqiqətpur Azərbaycan parlamentinin üzvü S. Novruzova yazdığı 9 məktub barədə də açıqlama verib: “9 məktubun heç birinə şəffaf cavab yoxdur. Məntiqsiz cavablarla bizi ittiham etməyə çalışırlar”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu