Modern.az

Turqut Özalın qatilləri tapıldı

Turqut Özalın qatilləri tapıldı

4 Aprel 2013, 14:47


Türkiyənin səkkizinci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi ilə bağlı yeni faktlar aşkar edilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Özalın müəmmalı ölümü bağlı istintaqı araşdıran prokuror Kamal Çetin eks-prezidentin qətlində şübhəli şəxslərin aşkar edildiyini açıqlayıb.

Qeyd olunub ki, Özalın ölümündə Ergenekon və Ton Nəşriyyat evinin iddiaları ilə üzdə həbs edilən Ləvənt Ersöz və Xurşud Tolonun şübhəli şəxs olaraq dindirilib.

Prokuror Özalın müəmmalı ölümündə aparılan istintaqın yekunu olaraq Ergenekon terror təşkilatının rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib. Özalın zəhərlənərək öldürülməsi ilə bağlı ailəsi tərəfindən irəli sürülən iddia əsasında mərhum eks-prezidentin məzarı bu ilin oktyabrında açılmışdı. Onun nəşindən götürülən nümunələr əsasında 4 zəhərli maddə aşkarlanıb.

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu