Azərbaycan Respublikası Milli Məclisinin aprelin 5-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Milli Məcliisn mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, parlament sabahki plenar iclasda 7 məsələnimüzakirə edəcək.
1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Anar RÜSTƏMOV