Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, iclasda VİP-in aprelin 7-nə çağırılmış Məclisinin təşkilinə hazırlıq, partiyanın qarşıdan gələn prezident seçkilərində iştirakı və cari məsələlər müzakirə olunub.
İclasda Siyasi Şura üzvlərinin əksəriyyəti VİP-in bu il keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirakının zəruriliyini bildiriblər. Bu mövqenin ifadəçiləri VİP-in prezident seçkilərinə öz namizədi ilə qatılmasının vacibliyini müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsində razılığıa gəlinməməsi ilə arqumentləşdiriblər. Müzakirələrdən sonra Siyasi Şura üzvləri VİP-in prezident seçkilərində öz namizədi ilə iştirakının məqbul olması haqqında qərar qəbul ediblər. İclasda səslənmiş təkilflərə uyğun olaraq, prezident seçkilərində iştirak məsələlsinin vacibliyi səbəbindən, VİP Məclisinin aprelin 7-də keçiriləcək iclasında partiya fəallarının və tərəfdarlarının iştirakının təmin edilməsi qərara alınıb.
Siyasi Şuranın iclası bir sıra cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Modern.az