Azərbaycanın Türkiyədəki səfirliyi yeni məluamt yayıb.
Məlumatda qeyd edilir ki, Türkiyənin Baş Naziri Ərdoğanın şəxsi səhifəsi kimi təqdim olunmuş “Facebook” sosial şəbəkəsindəki profilində Müsavat Partiyasının Sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamalara yer verilib.
Məsələ ilə bağlı səfirlik Baş Nazirinin Aparatı və XİN ilə əlaqə saxlayaraq məsələnin əsl mahiyyətini aydınlaşdırəb.
Belə ki, hər iki yüksək səviyyəli dövlət qurumundan əldə olunan məlumata əsasən Baş Naziri cənab Ərdoğanın “Facebook” və “Twitter” internet səhifələrinin olmadığı məlum olub.
Müsavat Partiyasının sədri İsa Qəmbərin Türkiyəyə səfəri zamanı verdiyi açıqlamaların yer aldığı “Facebook” səhifəsinin isə tamamilə saxta bir ad altında fəaliyyət göstərdiyi məlum olub.
Əlavə olaraq, Baş Nazirinın Aparatından səfirliyə bildirilib ki, Baş Nazir Ərdoğanın özü də çox sayda “Recep Tayyip Erdoğan” adında saxta “Facebook” internet səhifələrindən narahat olduğu və bunların tədqiq olunaraq cəzalandırılmasına dair göstəriş verdiyi bildirilib.
Modern.az