Modern.az

Polis əməkdaşlarına xəbərdarlıq- rüşvət almayın!

Polis əməkdaşlarına xəbərdarlıq- rüşvət almayın!

4 Aprel 2013, 19:01


Dünən Sumqayıt şəhər Polis İdarəsində polis orqanlarında korrupsiyaya qarşı mübarizə çərçivəsində seminar keçirilib. Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin rəisi general-mayor Sahib Mirzəyev və ətraf rayon polis şöbələrinin yüksək çinli polis əməkdaşları iştirak ediblər.

Modern.az-ın əldə etdiyi məlumata görə, tədbirdə polis orqanlarındakı korrupsiyaya qarşı daha sərt təbirlərin görülməsi barəsində geniş müzakirə olub. Polis əməkdaşlarının rüşvətə qarşı mübarizə aparması, korrupsiyaya yol verməməsi tapşırılırb.

Bununla bağlı Modern.az-ın sorğusuna cavabında DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Sumqayıt da daxil olmaqla respublikanın 12 bölgəsində Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən daxili işlər orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının təminatı, korrupsiyaya qarşı mübarizə, insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan zorakılıq hallarının və insan alverinin qarşısının alınması mövzusunda maarifləndirmə xarakterli virtual təlimlər keçirilib.
“Nəzərinizə çatdırmaq istərdik ki, dövlət başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi sərəncamlardan, dövlət proqramlarından irəli gələn korrupsiyaya qarşı mübarizə, o cümlədən elektron hökumət və 2012-2015 milli fəaliyyət planı ilə bağlı müəyyən qanunlar qəbul edilib ki, həmin qanunlar icraya yönəldiyi üçün Daxili İşlər Nazirliyinin özünün də bununla bağlı müvafiq göstərişləri olub. Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən bu məsələlər ətrafında Sumqayıt şəhəri ilə bərabər 12 bölgədə də maarifləndirmə xaraketrli təlim kursları keçirilib. Bundan əlavə, daxili işlər orqanları əməkdaşlarının mənəvi-psixoloji, fiziki, dünyagörüşlərinin artırılması məqsədilə belə nəzəri praktiki seminarlar, təlimlər mütəmadi olaraq keçirilir”.

Şöbə rəisi qeyd edib ki, ilk növbədə cinayətkarlıqla mübarizədə və ictimai asayişin təmin edilməsi istiqamətində polis əməkdaşlarının öz vəzifələrinin öhdəsində daha layiqincə gəlməsi, Daxili İşlər Nazirliyi tərəfindən qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməsi üçün bu böyük önəm daşıyır.

“Müvafiq olaraq Daxili İşlər Nazirliyinin bütün idarələrində bu cür tədbirlər nazirliyin özünün hüquqi normativ aktları və göstərişlərdən irəli gələn müxtəlif sahələri əhatə edən seminarlar keçirilir. Belə tədbirlər kompleks şəkildə, polis əməkdaşının müasir tələblərə cavab verən, yüksək hazırlıqlı, mənəvi-psixoloji və fiziki hazırlığı normasına uyğun olaraq keçirilir”-deyə sorğuda vurğulanıb.

Anar Kəlbiyev 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu