Modern.az

“Ali təhsil haqqında” qanun yenidən müzakirəyə ÇIXARILIR 

“Ali təhsil haqqında” qanun yenidən müzakirəyə ÇIXARILIR 

Təhsil

15 Sentyabr 2022, 17:24

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planına daxil edilib.

 

Komitənin bu gün keçirilən iclasında qeyd edilib ki, növbəti sessiya ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza