Modern.az

Spiker Heydər Əsədovun müdafiəsinə qalxdı

Spiker Heydər Əsədovun müdafiəsinə qalxdı

5 Aprel 2013, 13:00

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Əli Məsimli rəqəmləri toplamağa və Hesablama Palatasının fəaliyyətinin nə dərəcədə sərfəli olduğunu müəyyənləşdirməyə çalışıb. Onun sözlərinə görə, 2012-ci il ərzində qurumun büdcəsi 2,9 milyon manat olub. “Bunun müqabilində nə qədər vəsait dövlət büdcəsinə qaytarılıb?” – deyə sual edən Əli Məsimli hesab edir ki, şərait yaradılsa, Hesablama Palatası bundan qat-qat artıq, on milyonlarla manat vəsaiti büdcəyə qaytara bilər.

Millət vəkili Vahid Əhmədov da hesabatla bağlı bəzi iradlarını bildirib. O, Hesablama Palatasını ölkədə icra olunan iri infrastruktur layihələrini də nəzarətə götürməsini təklif edib.

Hesablama Palatasının səlahiyyətləri və bu quruma hansısa təzyiqlərlə bağlı Zahid Orucun dediklərinə cavab olaraq Oqtay Əsədov bildirib ki, heç kim Hesablama Palatasının rəyinə təsir göstərə bilməz: “Heydər müəllimin özü fizikdir. Bilir ki, təsir, əks-təsirə bərabərdir” – deyə spiker mübahisəyə müdaxilə edib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu