Modern.az

Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı

Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı

Təhsil

16 Sentyabr 2022, 13:50

2022-2023-cü tədris ili üzrə Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində orta ümumtəhsil məktəblərinin tikintisi aparılacaq.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Həmçinin Ağdam şəhərində 1 nömrəli tam orta məktəbin tikintisi aparılır.

 

Füzuli şəhərində artıq 960 yerlik tam orta məktəbin inşasına başlanılıb.

 

Yaxın zamanda isə Cəbrayıl şəhərində 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəb, həmçinin Şuşa Real Məktəbi və Füzuli Peşə liseyinin binalarının tikintisinə start veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza