Modern.az

Tələbə krediti alanların sayı AÇIQLANIB

Tələbə krediti alanların sayı AÇIQLANIB

Təhsil

19 Sentyabr 2022, 15:14

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil krediti alan tələbələrin sayı açıqlanıb.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, ümumilikdə 1575 tələbə təhsil krediti əldə edib. Onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.

 

Qeyd olunub ki, təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur.

 

Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü