Modern.az

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

Təhsil

20 Sentyabr 2022, 09:40

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

 

Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı.

 

Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi