Modern.az

"Tələbələr ayaq üstə daha yaxşı görünür" - Prorektordan stul açıqlaması

Təhsil

21 Sentyabr 2022, 10:23

Xəbər verdiyimiz kimi, Odlar Yurdu Universitetinin bufetində tələbələr üçün nəzərdə tutulan stullar yığışdırılıb. Sosial şəbəkələrdə yayılan məlumatda bəzi stulların yalnız müəllimlərin istifadəsi üçün saxlanıldığı deyilir. Tələbələrə stul qadağasının qoyulması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə gedən müzakirələrdə belə bir addımın gülünc olduğu bildirilib.

 

Tələbələr arasında narazılıq yaradan qadağa barədə Modern.az-a danışan Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov burada qeyri-adi bir şeyin olmadığını deyib.

 

Eyni zamanda, prorektor narazılığa əsas görmədiyini vurğulayıb:

 

“Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.

 

Prorektor qeyd edib ki, bu nümunəni Avropadakı universitetlərdə görərək tətbiq ediblər:

 

“Biz xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur. Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq”.

 

 

Elmar Hüseynov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub