Modern.az

İsmayıllıda “diskoteka” etirazı: ruslar aksiya keçiriblər - EKSKLÜZİV

İsmayıllıda “diskoteka” etirazı: ruslar aksiya keçiriblər - EKSKLÜZİV

8 Aprel 2013, 10:21

İsmayıllı rayonunda növbəti dəfə etiraz aksiyası keçirilib. Modern.az-a daxil olan məlumata görə, etiraz nümayişi rayonun malakanlar və ləzgilər yaşayan İvanovka kəndində baş verib.

Belə ki, İvanovkada ənənəvi olaraq həftənin bir neçə günü təşkil olunan diskotekaların ləğv edilməsi kənd sakinlərini qəzəbləndirib. Bir qrup İvanovka sakini yığışaraq etirazlarını bildiriblər. Onlar kənd icra nümayəndəsinin evinə hücum edərək diskotekaların açılmasını tələb ediblər. İcra nümayəndəsinin onlarla görüşə çıxmadığını görən ivanovkalılar onun evini daş-qalaq ediblər.

Hadisədən xəbər tutan polis qüvvələri əraziyə cəlb olunub. Bir neçə aksiya iştirakçısı tutularaq polis bölməsinə aparılıb. Saxlanılanlar azyaşlı olduğu üçün cərimələnərək sərbəst buraxılıblar.

Məsələ ilə bağlı İvanovka kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq. Oradan əməkdaşımıza bildirilib ki, diskotekaların bağlanmasının əsas səbəbi məktəblilərin buna daha çox maraq göstərməsidir. “Məktəblilər diskotekada əylənərək dərslərini, təhsillərini yaddan çıxarırlar. Biz də belə qərara gəldik ki, diskotekanı müvəqqəti bağlayaq”.

Hazırda İvanovkada sakitlik hökm sürür.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu