Arxiv
21 Sentyabr 2022, 17:52 | TƏHSİL
40 əcnəbi tələbə Azərbaycanda dövlət hesabına təhsil alacaq

Xarici tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində dövlət hesabına təhsil imkanı təqdim edən təhsil qrantı proqramlarının 2022-2023-cü tədris ili üzrə namizəd seçimi prosesi başa çatıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin vətəndaşları üçün 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilib. Sözügedən proqramın şərtlərinə əsasən illik əsasda hər istiqamət (İƏT və QH) üzrə 20 əcnəbi tələbəyə (beləliklə, hər iki proqram üzrə ümumilikdə 40 nəfər) təhsil qrantının ayrılması nəzərdə tutulur.

 

Xarici İşlər Nazirliyi tərəfindən seçimi həyata keçirilmiş və yekun olaraq Elm və Təhsil Nazirliyi (ETN) ilə birlikdə təsdiq olunmuş siyahı üzrə ETN proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən edib. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.

 

Seçim prosesinin yekunlarına əsasən 2022-2023-cü tədris ili üzrə təhsil qrantına İƏT üzrə 18 ölkədən (Banqladeş, Əlcəzair, Fələstin, Fil Dişi Sahili, İndoneziya, İran, Qəmər adaları, Küveyt, Misir, Nigeriya, Özbəkistan, Pakistan, Qambiya, Qazaxıstan, Somali, Sudan, Tacikistan və Yəmən) 20 tələbə, eləcə də QH üzrə də 18 ölkədən (Anqola, Antiqua və Barbuda, Belarus, Butan, Efiopiya, Ekvador, Hindistan, Honduras, İran, Kolumbiya, Liberiya, Malavi, Mavriki, Nepal, Nikaraqua, Tayland, Uqanda və Zambiya) 20 tələbə layiq görülüb. Seçilmiş tələbələr əsasən Azərbaycan Tibb Universiteti, ADA Universiteti, Xəzər Universiteti olmaqla Azərbaycanın 11 ali təhsil müəssisəsində təhsil alacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48 Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib 1 Oktyabr 2022, 18:37