Ermənistanda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gələn Serj Sərkisyan bu gün and içəcək. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sərksiyanın inaqurasiya mərasimi paytaxt İrəvanda keçiriləcək.
Bu münasibətlə İrəvan idman-konsetr kompleksində parlamentin xüsusi iclası olacaq. 59 yaşlı Serj Sarkisyan bu gündən növbəti 5 il müddətinə Ermənistana rəhbərlik edəcək.
Serj Sarkisyanın inauqurasiya mərasində Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) baş katibi Nikolay Bordyuja, Argentinanın vitse-prezidenti, Senatın rəhbəri Amado Budu, Belarus və Rumıniya parlamentlərinin palata sədrləri Vladimir Andreyçenko və Valeriu Zqonea, Türkmənistanın baş nazirinin müavini Saparmurad Toyliev, İranın xarici işlər naziri Əli Əkbər Salehi, NATO baş katibinin müavini Kolinda Qrabar-Kitaroviç, FİDE prezidenti Kirsan İlyumjinov iştirak edəcəklər.
Modern.az