Başsağlığında Marqaret Tetçerin həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər gördüyü vurğulanıb.
«İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında və bəşər tarixində əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə və bütün Böyük Britaniya Krallığının xalqına dərin hüznlə başsağlığı veririk".
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının may ayında Azərbaycanda keçiriləcək ali toplantısı zamanı Marqaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbirin də təşkili qərara alınıb.
A ytən ƏLİYEVA