Yeni Azərbaycan Partiyası (YAP) “EL” hərəkatının lideri Eldar Namazovun prezidentliyə namizədliyinə münasibət bildirib. Partiyanın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Modern.az-a açıqlamasında bildirib ki, Eldar Namazov və digərləri seçkilərdə onsuz da məğlub olacaqlar.
“Biz demokratik ölkədə yaşayırıq. Azərbaycan qanunlarına uyğun olaraq hər bir vətəndaş, hər bir siyasi partiya nümayəndəsi prezident seçkilərində, parlament seçkilərində, bələdiyyə seçkilərində iştirak edə bilər və namizədliyini irəli sürə bilər. Hələ o demək deyil ki, onlar namizəddir. Onlar o zaman namizəd sayılacaq ki, müvafiq tələbləri yerinə yetirə biləcəklər. Bundan sonra biz onları özümüzə rəqib sayıb siyasi müstəvidə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm Eldar Namazov qələbə qazana bilməyəcək. Bunu seçici müəyyənləşdirir. Bu adamlar hələ namizəd sayılmırlar”-deyə YAP rəsmisi münasibət açıqlayıb.
Qeyd edək ki, ) “EL” hərəkatının lideri Eldar Namazov dünən mətbuata açıqlamasında prezidentliyə namizədliyini verəcəyini elan edib.
Anar RÜSTƏMOV