Daxili İşlər Nazirliyi Bakının Sabunçu rayonunda baş vermiş qeyri-adi ölüm hadisəsi barədə məlumat yayıb. Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, aprelin 8-də Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsində yaşayan azyaşlı Nərgiz İsmayılovanın boğazında lobya dənəsi qaldığından boğularaq ölüb.