Modern.az

Ziyalılar Forumunun toplantısı təxirə salındı

Ziyalılar Forumunun toplantısı təxirə salındı

9 Aprel 2013, 14:24


Ziyalılar Forumunun bu həftənin üçüncü gün üçün nəzərdə tutduğu toplantısı təxirə salınıb. Modern.az-a açıqlamasında forumunun üzvü Cəmilə Həsənli növbəti görüşün nə zaman keçiriləcəyini haqda məlumatsız olduğunu deyib.

“Ziyalılar Forumunun bu həftə toplantısı gözlənilir. Amma dəqiq bilinmir toplantı nə zaman olacaq”.

Xatırladaq ki, sözü gedən təşkilatın üzvü Eldəniz Quliyev Modern.az-a açıqlamasında ziyalıların bu həftənin çərşənbə günü toplanacağını bildirmişdi. Hətta sosial şəbəkələrdə yayılan məlumatlara görə, kinodramatura Rüstəm İbrahimbəyovun də toplantıya qatılacağı haqda müxtəlif xəbərlər yayılırdı.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu