Modern.az

Rəsul Quliyev, Lalə Şövkət və Etibar Məmmədov mitinq qərarı verdi

Rəsul Quliyev, Lalə Şövkət və Etibar Məmmədov mitinq qərarı verdi

9 Aprel 2013, 14:54


Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-ə aksiya təyin edib. Modern.az-ın məlumatına görə, bu barədə DQMM-in bu gün keçirilən iclasında qərar qəbul olunub. Toplantıda ölkədəki ictimai-siyasi durum, cari məsələlər müzakirə olunub.
Müxalifət birliyinin növbəti iclası aprelin 16-da keçiriləcək. Toplantıda aksiyaya hazırlıq məsələləri müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, DQMM-nin buugünkü iclasında  Elşad Musayev (BAP), Yusif Bağırzadə (AMİP), Əvəz Temirxan (ALP), Bəybala Əbil (KXCP), Vaqif Mahmudov (ACP), Əhməd Oruc (Azadlıq Partiyası), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (İslam Demokrat Partiyası), Valeh Mirzəyev (Xalq Azadlıq Partiyası), Qulamhüseyn Əlibəyli (Aydınlar partiyası), Taliyət Əliyev (ADP) iştirak ediblər.

A.RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu