Modern.az

İstanbulda Azərbaycanın Dünya Əlillər Birliyinə üzvlüyü məsələsinə baxılıb

İstanbulda Azərbaycanın Dünya Əlillər Birliyinə üzvlüyü məsələsinə baxılıb

9 Aprel 2013, 16:00

İstanbulda Dünya Əlillər Birliyinin növbəti toplantısı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ailə və sosial siyasət naziri Fatma Sahin, Dunya Əlillər Birliyinin prezidenti Mətin Şənturk və 70 ölkədən nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, şöbənin məsləhətçisi Tural Həsənov, ölkənin əlil ictimai birliklərinin nümayəndələri təmsil ediblər. Dünya Əlillər Birliyinin strukturunun təkmilləşdirilməsinin əsas müzakirə obyekti olduğu toplantıda həmçinin əsas fəaliyyət istiqamətləri, təşkilata yeni üzvlərin seçilməsi məsələləri ətrafında fikir mübadilələri aparılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə ölkəmizin tədbirdə təmsil olunan QHT-lərinin də Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsinə baxılıb. Tədbirdə əlillərin sosial müdafiəsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ölkələr arası təcrübə mübadilələri aparılıb.

Aytən Əliyeva
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu