Modern.az

Nardaranda yoxa çıxan dindarın atası oğlunun saxlanıldığı yeri öyrənib

Nardaranda yoxa çıxan dindarın atası oğlunun saxlanıldığı yeri öyrənib

9 Aprel 2013, 16:03
“Oğlumuzun harada olduğunu təyin etmişik”. Bunu Modern.az-a açıqlamasında aprelin 1-də Bakının Nardaran qəsəbəsində keçirilən aksiyada iştirak edib və az sonra yoxa çıxan Bəxtiyar Qurbanovun atası Yaşar Qurbanov deyib. Y.Qurbanovun sözlərinə görə, oğlu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

“Bizə İdarədən müstəntiq zəng eləmişdi. Dünən “Banditizm”ə getdim və oradan 10-15 nəfərlə birlikdə evimizə gəldik. Onlar evimizdə axtarış apardılar. Dedim ki, biz terrorçu deyilik və evimizdə də nəsə tapmayacaqsınız. Quran kitabını yoxladılar və iki toy diski var idi, onları götürdülər. Bu neçə gündə bizə məlumat vermədiklərinin səbəbini öyənməyə çalışdım. Dedilər ki, sizə Nəsimi polisi məlumat verməli idi. Ordan da yalan məlumat almışdıq”.  

Həbs olunan dindarın atası oğlu ilə görüşmək istədiyini deyib. Y.Qurbanov bildirib ki, bu gün vəkil tutub oğlunun işi ilə ciddi məşğul olacaq.
“Nərimanov rayonunda qapalı məhkəmə keçirib oğluma 2 ay iş veriblər. Deyirlər ki, oğlunuz Bakı şəhər İcra Hakimiyyətinin binasının qapısını yandırmaq istəyib. Guya öz etirazını belə bildirmək istəyirmiş. Övladım heç bir cinayət törədən deyil. Burada başqa bir məna yoxdur. İndi bu gün oğluma vəkil tutub bu işlə məşğul olacam”, –deyə Y.Qurbanov vurğulayıb.  

Xatırladaq ki, Bəxtiyar Qurbanov 1987-ci ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.  

Anar Kəlbiyev
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu