Modern.az

TQDK-dan abituriyentlərə yeni xəbər

TQDK-dan abituriyentlərə yeni xəbər

9 Aprel 2013, 16:30

Tələbə qəbul kampaniyasının başlanması ilə əlaqədar olaraq abituriyentlər tərəfindən TQDK-ya dövlət sifarişli yerlər haqqında məlumat almaq üçün çox saylı müraciətlar daxil olur.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, TQDK bunu nəzərə alaraq abituriyentlərin diqqətinə çatdırır ki, 2012/2013-cü, 2013/2014-cü və 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu TQDK-nın 2011-ci ildə nəşr etdiyi “Məlumat kitabı”nda dərc edilmişdir. Jurnalı elektron formada (pdf) //tqdk.gov.az/ejurnal/ ünvanından əldə etmək olar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu