Modern.az

Azərbaycanlı mütəxəssislər: “Qalatasaray” sensasiyaya imza ata bilməyəcək” - Rəy

Azərbaycanlı mütəxəssislər: “Qalatasaray” sensasiyaya imza ata bilməyəcək” - Rəy

Təhsil

9 Aprel 2013, 16:41


Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Madridin “Real” klubu İstanbulda "Qalatasaray"ın qonağı olacaq. İlk oyunda rəqibinə böyük hesabla məğlub olan (0:3) "Qalatasaray"ın növbəti mərhələyə keçə biləcəyi bir o qədər də inandırıcı görünmür. Amma bu futboldur, hər şey baş verə bilər. Oyun öncəsi “Qalatasaray”ın sensasiyaya imza atacağına inananlar da az deyil.

Bu gecə keçiriləcək oyunla bağlı məşhur futbol mütəxəssisi, tanınmış məşqçi Ağasəlim Mircavadov Modern.az-a açıqlamasında bildirib ki, “Qalatasaray”ın bu oyunda qalib gəlməsinə və sensasiyaya imza atmasına inanmır. Onun sözlərinə görə, bu klubun gücü bir o qədər deyil.

“Səfər oyununda “Qalatasaray” çox açıq futbol oynadı. Belə zənn etmək olar ki, onlarda müdafiə yoxdur. Çox zəif oynadılar. Bundan başqa, həmin oyunda “Real-Madrid”in həddən çox qol vurmağa imkanları var idi. “Qalatasaray” bu oyunu imicini qorumaq üçün oynayır. Avropada türk futbolunun daha da parlaq olması üçün hansı hesabla bitməsindən asılı olmayaraq, bu oyun qələbə ilə başa çatsa, çox gözəl olar”-deyə futbol mütəxəssisi vurğulayıb.

Milli komandamızın, “Qarabağ” klubunun oyunçusu Əfran İsmayılov “Qalatasaray”ın rəqib meydanındakı oyunda böyük hesabla məğlub olmasını çox pis nəticə sayır. Milli komandanın üzvü bildirib ki, “Qalatasaray” həmin oyunda bir qol vursaydı, böyük üstünlük ola bilərdi.

“Amma elə bir deyim yoxdur ki, mütləq o üç qol vurubsa, sən də üçün vurmalısan. Çünki komanda fərqinə baxanda bu, o qədərdə asan deyil. Bu gün “Qalatasaray” rahat futbol oynayacaq. Klub yaxşı oyun göstərib tamaşaçılarının qarşısında qələbə qazanacaq. Çünki “Real-Madrid” güclü rəqibdir və onunla başa-baş oynamağın özü də böyük bir uğurdur. İnanmıram ki, hər hansı bir sensasiya olsun. Amma ən azından tamaşaçıların qarşısında yaxşı nəticə qazana bilər”. 

Anar Kəlbiyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu