Modern.az

Heydər Əliyevin Meksikadakı abidəsi Azərbaycan səfirliyinə gətiriləcək

Heydər Əliyevin Meksikadakı abidəsi Azərbaycan səfirliyinə gətiriləcək

Təhsil

9 Aprel 2013, 17:42


Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin Meksika paytaxtından götürülən heykəli Azərbaycan səfirliyinə gətiriləcək. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərdə bildirilir ki, Heydər Əliyevin Meksikada ucaldılan abidəsi yanvar ayının sonlarında sökülüb və bu yaxın vaxtlarda Azərbaycanın həmin ölkədəki səfirliyinə göndəriləcək. 

Bu barədə Meksika şəhərinin meri Migel Hidalgo yerli telekanallardan birinə verdiyi açıqlamada deyib. O bildirib ki, heykəl ictimai yerdə ucaldıldığından həmin yerə uyğun deyildi.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bir müddət öncə bildirmişdi ki, şəhər rəhbərliyi Azərbaycan Mədəniyyət Mərkəzinin inşası üçün müvafiq yer ayırıb və heykəl o mərkəzin qarşısında ucaldılacaq.


Gültəkin Ələsgər    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu