Modern.az

Məmmədyarov yenidən Nalbandyanla görüşəcək

Məmmədyarov yenidən Nalbandyanla görüşəcək

9 Aprel 2013, 21:32

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Görüş yaxın həftələrdə baş tutacaq. Modern.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərin regiona etdikləri səfərlə bağlı bəyanatlarında qeyd olunub.

Bildirilib ki, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri səviyyəsində görüşlər keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Aleksandr Luklaşeviç mətbuata açıqlamasında Elmar Məmmədyarov və Eduard Nalbandyanın Moskvaya səfər edəcəyini bildirmişdi.

XİN rəsmisinin sözlərinə görə, Elmar Məmmədyarovun Moskvaya səfəri 20-21 may tarixinə nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu